Zərdabda ödəmə terminalından oğurluq etmək istəyən şəxs saxlanılıb Doğru Xəbərlər

04.11.2024

Dogru.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zərdabda ödəmə terminalından oğurluq etmək istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Doğru.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 27-də gecə saatlarında rayon ərazisində yerləşən obyektlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Nicat Gülmalıyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью