Zərdabda oğul Mercedes i dirəyə çırpdı, anası öldü

06.08.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Məlikumudlu kəndi ərazisində qeydə alınıb.
Rayon sakini, 1984-cü il təvəllüdlü Rəşad İsmayılov "Mercedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil işıq dirəyinə çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin, sürücünün anası, 1954-cü il təvəllüdlü Güləbatın İsmayılova hadisə yerində ölüb, R.İsmayılov və digər iki sərnişin ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar aparılır. (Oxu.az)
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью