Zərdabda qadın körpəni avtomobildə dünyaya gətirdi

26.09.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Zərdab rayonunda həkiməqədər doğuş hadisəsi yaşanıb.

Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü paylaşılıb.

Belə ki, hamilə qadın xəstəxanaya aparılarkən doğuş sancıları başlayıb və o, tibbi müəssisəyə çatmadan körpəsini avtomobildə dünyaya gətirib.

Hadisə zamanı qadının yanında ailə üzvləri olublar. İlkin məlumata görə, həm ana, həm də yenidoğulmuş körpənin vəziyyəti qənaətbəxşdir.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью