Zərdabda qəza baş verib, xəsarət alanlar var FOTO

20.11.2024

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Zərdabda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Zərdab-Ağcabədi yolunda qeydə alınıb.
Həmin yolda hərəkətdə olan sürücü Aqil Cəbrayılovun idarə etdiyi VAZ 21011 markalı avtomaşınla Nazim Umudovun idarə etdiyi “Mercedes” markalı minik maşını toqquşub.
Nəticədə hər iki avtomobildə olanlar xəsarət alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Zərdab rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.
Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью