Zərdabda qəza: “Mercedes” kanala düşdü, sürücü yaralandı VİDEO

25.09.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zərdab rayonu, Məmmədqasımlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 24-də saat 17:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil, “QAZ-3110” markalı maşınla toqquşub, ardınca su kanalına “Mercedes” düşüb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib,“Mercedes” sürücüsü yüngül bədən xəsarətləri alıb.

Qeyd edək ki, qəza yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью