Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Külüllü–Zərdab magistral su xəttinin 11-ci km-də diametri 400 mm olan dəmir boruda qəza baş verib. Hazırda qəzanın aradan qaldırılması ilə bağlı hazırlıq işləri aparılır.
Qəzanın aradan qaldırılması işlərinin həyata keçirilməsi ilə əlaqədar sentyabrın 10-da saat 07:30-dan etibarən Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Zərdab şəhərinə suyun əvvəlki rejim üzrə verilməsi 24 saat ərzində bərpa ediləcək.
Bizim.Media