Zərdabda xəsarət alanların son durumu AÇIQLANDI

09.09.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu barədə Ölkə.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 08.09.2026-cı il tarixində saat 23:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Zərdab rayonu ərazisindən yol-nəqliyyat hadisəsi səbəbilə çağırış qeydə alınıb:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Biri azyaşlı olmaqla, 3 nəfər (1 qadın, 2 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri diaqnozu təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən 1997-ci il (qadın) və vəziyyəti stabil qiymətləndirilən 1988-ci il təvəllüdlü (kişi) pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilən 2020-ci il təvəllüdlü pasiyent isə (kişi cinsli) Bakı şəhərində fəaliyyət göstərən özəl tibb müəssisəsinə təxliyə olunub.

Qeyd edək ki, təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərin (2 kişi, 3 qadın) həkiməqədər ölüm faktı qeydə alınıb".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью