Zərdabda yanaraq ölənlər bir ailənin üzvü imiş YENİLƏNİB

09.09.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunlar minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.

1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.

***00:48

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda baş verib.

Belə ki, "KİA" markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.

İlkin məlumata əsasən hadisə nəticəsində azı 5 nəfər yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью