Zərdabda yol qəzası olub, ölən və xəsarət alanlar var AZƏRTAC

14.11.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zərdab, 14 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Zərdabda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, hadisə axşam saatlarında Ucar-Zərdab avtomobil yolunda baş verib. İlkin məlumata görə hərəkətdə olan yük avtomobili, minik avtomobili və motosikletin toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью