Zərdabda zəncirvarı qəza baş verdi; 1 ölü, 4 yaralı FOTO

14.11.2024

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zərdabda "Mercedes" markalı minik maşını, "Gazel" markalı yük avtomobili və motosikletin iştirakı ilə zəncirvarı qəza baş verib.

Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə gecə saatlarında Ucar-Zərdab avtomobil yolunun Zərdabın Bəyimli qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Nəticədə hər 3 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, 1 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb.

Zərərcəkənlər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью