Zərdabda zəncirvari qəza baş verib, ölən və xəsarət alanlar var

14.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Zərdabda "Mercedes" markalı minik maşını, "Gazel" markalı yük avtomobili və motosikletin iştirakı ilə zəncirvarı qəza baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Ucar-Zərdab avtomobil yolunun Zərdabın Bəyimli qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Nəticədə hər 3 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, 1 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb.

Zərərcəkənlər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью