Zərdabda zəncirvarı qəza: ölən var FOTO

14.11.2024

Icma.az bildirir, Bakupost portalına istinadən.

Zərdabda "Mercedes" markalı minik maşını, "Gazel" markalı yük avtomobili və motosikletin iştirakı ilə zəncirvarı qəza baş verib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Ucar-Zərdab avtomobil yolunun Zərdabın Bəyimli qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Nəticədə hər 3 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, 1 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb.

Zərərcəkənlər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью