Zərdabda zəncirvarı qəza ölən və xəsarət alanların kimliyi bilindi Yenilənib FOTO

14.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

23:33

Zərdabda baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza nəticəsində motosikletin sürücüsü Laçın rayon sakini, 1993-cü il təvəllüdlü Atəş Əmrah oğlu Məmmədov dünyasını dəyişib.

Sənani Novruz oğlu Eyvazov, Ətraf Dövlətxan oğlu Xəlilov, Rəşad Talıbxan oğlu Pənahov və Ramal Sabir Oğlu Xəlilov müxtəlif xəsarətlər alıblar.

-------
21:29

Zərdabda "Mercedes" markalı minik maşını, "Gazel" markalı yük avtomobili və motosikletin iştirakı ilə zəncirvarı qəza baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə gecə saatlarında Ucar-Zərdab avtomobil yolunun Zərdabın Bəyimli qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Nəticədə hər 3 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, 1 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb.

Zərərcəkənlər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью