Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

16.07.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zərdabda baş verən ağır qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Zərdab rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (kişi) 15.07.2026-cı il tarixində saat 23:30 radələrində Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirirlir.
Bizim.Media, Aran bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью