Zərdabdakı qəzada ölən sürücü riyaziyyat müəllimi imiş FOTO

09.09.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Zərdabda baş verən qəzada həyatını itirənlərdən biri müəllim olub. 

Modern.az-ın əldə etdiyi məlumata görə, həmin şəxslərdən biri minik avtomobilinin sürücüsü,1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov Məmmədqasımlı kənd tam orta məktəbində riyaziyyat müəllimi olub. O, iki il əvvəl verdiyi sertifikasiya imtahanından 53 bal toplamışdı.

Bundan başqa qəzada həyatını itirəndlər sırasında 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimova da var.


Lamiyə Cənnətzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью