Zərdüşt Əlizadə Trampın Venesueladakı məqsədini AÇIQLADI

05.01.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Amerika dünyanın ən qüdrətli hərbi dövlətidir. Amerika Prezidenti Donald Tramp deyir ki, Venesuela xalqı günahkardır, çünki onlar dünyanın ən böyük neft sərvətləri olan torpaqlarda öz dövlətlərini qurublar".

Bunu Redaktor.az-a politoloq Zərdüşt Əlizadə ABŞ-nin Venesuelada keçirdiyi hərbi əməliyyatdan, Prezident Nikolas Maduronun və xanımının Amerikaya qaçırılmasından danışarkən bildirdi.

"Tramp deyir ki, bu neft Amerikanındır, Venesuela bu nefti Amerikadan oğurlayıb, biz bu nefti özümüzə qaytarırıq. Bu, açıq-aşkar deyilib. Amerika açıq-aşkar quldur siyasəti yürüdərək hərbi gücdən istifadə etməklə dünyanın ən güclü təbii sərvətləri üzərində Amerikanın hökmranlığını həyata keçirir. Yaxın Şərqdə İsrail vasitəsilə ərəb xalqlarının neft sərvətlərini ələ keçirir. Venesuelada da ona tabe olmayan Prezident Nikolas Maduronu quldurcasına əsir götürür. Bütün digər dövlətlərdə nadir təbii sərvətləri hərbi yolla ələ keçirir və bunun nəticəsində Amerikanın hegemonluğunu bərpa etmək istəyir. Tramp açıq şəkildə deyir ki, bizə dünyadakı bütün təbii sərvətlər üzərində Amerikanın hökmranlığını bərpa etmək lazımdır", - deyə o yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью