Zərər 300 milyarda çatır: ABŞda iqtisadi böhran olacaq? | Icma.az
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hesablamalara görə, ABŞ iqtisadiyyatına dəyən zərər artıq 150 milyard dolları keçib.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Kaliforniyada baş verən yanğınların təsirindən danışarkən deyib.
Natiq Cəfərli bildirib ki, 150 milyard dollar hələ ilkin hesablamalardır: “Bu məbləğ yalnız dövlətin müəyyən yatırımları və infrastrukturun yenidən qurulmasına ayrılacaq vəsaitdir.
Sığorta şirkətlərinin ödəyəcəyi məbləği də əlavə etsək, bu rəqəm 250 milyard dollara çatacaq. Ancaq əlavə xərclərin olacağı da gözlənilir.
Çünki məlum oldu ki, Kaliforniyada yanğından mühafizəyə görə infrastruktura böyük yatırımlar qoyulmayıb.
Hətta yanğınsöndürmə qurumlarında ştatlar ixtisar edilib, su ehtiyatı olmayıb.
Ona görə də yanğınsöndürən avadanlıqların yenilənməsi və yeni işçilərin işə götürülməsini də nəzərə alsaq, dəymiş zərərin həcmi artacaq”.
Tam oxu
Xəbəri oxu