Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl "Devin Media" barəsində cinayət işi başlanıb.
Lent.az xəbər verir ki, bir qrup zərərçəkən "Devin Media"nın rəhbəri Atila Uysaldan pullarını tələb etmək üçün "Amay" ticarət mərkəzindəki ofisə gəliblər.
Görüntülərdə ofisə gələnlərin çoxluğu, həmçinin mübahisələrin olduğu əks olunur.
Qeyd edək ki, "Devin Media"nın Türkiyənin məşhur seriallarına aktyor seçimi adı altında vətəndaşları aldatması ilə bağlı hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub. Bundan sonra MMC barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə cinayət işi başlanıb.