Zərərsizləşdirililmiş minaların sayı açıqlandı

02.02.2026

Icma.az, Metbuat saytına istinadən bildirir.

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

Metbuat.az xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib

Azad olunan ərazilərdə yanvar ayı ərzində 37 tank əleyhinə mina, 337 piyada əleyhinə mina, 1356 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 1738.3 hektar ərazi minalardan təmizlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью