Zərgər küçədə soyğunçuluğa məruz qaldı

06.12.2024

Icma.az, Sonxeber.az saytına istinadən bildirir.

Zərgər küçədə soyğunçuluğa məruz qaldı

İzmirin Bornova rayonunda iki nəfər küçənin ortasında zərgəri soyub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Zəfər rayonu, 4416 küçəsində baş verib.

Zərgər M.İ.S evə getmək üçün mağazasını bağlayıb maşınına minmək istəyərkən ona yaxınlaşan iki nəfərin hücumuna məruz qalıb.

Şübhəlilər zərgərin pulqabısını götürərək motosikletlə qaçıblar.

Onun şikayəti üzərinə polis şübhəlilərin kimliklərini müəyyən edib.

Şübhəlilərdən biri polis tərəfindən saxlanılıb.

Saxlanılan şübhəli polis idarəsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilib.

Polis digər şübhəlinin tutulması istiqamətində işlərin davam etdiyini bildirib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью