Zərgərlərə saxta qızıl satmaq istəyən şübhəli

11.02.2025

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Diyarbəkirdə zərgərlərə saxta qızıl satmağa cəhd edən şübhəli cinayət başında yaxalanıb.

News24.az bildirir ki, Diyarbakır Zərgərlər Palatası Başçılığı zərgərlərə fevralın 7-də Adıyamandan Diyarbakıra gələn şəxsin saxta qızıl satacağı ilə bağlı xəbərdarlıq edib və vəziyyəti İl Polis İdarəsinə bildirib. 

Polis şübhəli şəxsi qaldığı oteldə yaxalayıb. Şübhəli üzərində edilən axtarışda 50 aşağı karatlı sırğa, 60 üzük, bilərzik və 300 min TL nağd pul ələ keçirilib.

Şübhəlinin zərgərə saxta qızıl satmağa çalışdığı an təhlükəsizlik kameralarına düşüb. Şübhəli saxlanılma əməliyyatlarından sonra həbs edilib.

Zəhraxanım Şeydayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью