Zərif: İsrail İranın atom enerjisi avadanlıqlarına

15.01.2025

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu sözləri İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif "Hüzur" adlı onlayn verilişdə çıxışı zamanı dilə gətirib. Hərçənd o bu hadisənin nə vaxt baş verdiyini dəqiq bildirməsə də, İsrailin xarici kəşfiyyat xidməti "Mossad"ın sabiq rəhbəri Yossi Kohenin iddiası ilə üst-üstə düşür. Belə ki, Kohen hələ 2021-ci ildə "The Times of Israel" xəbər saytına müsahibəsində "İsrailin İranda yeraltı sentrifuqa platformasını partladığını" söyləmişdi.
Məhəmməd Cavad Zərif bu kontekstdə İrana qarşı sanksiyaları da pisləyib. O vurğulayıb ki, sanksiyalar Tehranın bu, ya digər avadanlığı almasına maneə törətdiyi üçün "o, vasitəçilərlə əlaqə qurmağa məcbur qalır".
"İsrail həmin vasitəçilərdən birinə belə sızarsa, istədiyi planı həyata keçirə, istənilən şeyə partlayıcı və s. yerləşdirə bilər. Livanda peycerlərin partladılması bu məsələyə bariz nümunədir", - vitse-prezident vurğulayıb.

View this post on Instagram

A post shared by شرق (@sharghdaily1)



Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью