Zərifə Abbasovanın üzərinə həbs qoyulan evi bu qiymətə satıldı

03.02.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinə məxsus 980 min manatı mənimsəməkdə təqsirli bilinərək qiyabi məhkum edilmiş Zərifə Abbasovanın üzərinə həbs qoyulmuş evi satılıb.

KONKRET.az bildirir ki, teleqraf-ın əldə etdiyi məlumata görə, 128 000 manat qiymət hesablanan mənzil hərracda 115 000 manata alınıb.

Sözügedən mənzilin üzərindən həbsin götürülməsi üçün aidiyyəti üzrə müraciət olunub.

Qeyd edək ki, Zərifə Abbasova Dövlətlərarası və Beynəlxalq axtarışa verilib. 2024-cü ildə onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində qiyabi hökm çıxarılıb. Ona 10 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Qadının üzərinə həbs qoyulmuş evi də dövlətə dəymiş ziyanın bir qisminin ödənilməsi üçün müsadirə edilmişdi.

İttihama görə, Zərifə Abbasova 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə kimi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi vəzifəsində işləyib. O, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə köçürülən pulları mənimsəmək məqsədilə nümayəndəliyin rəhbəri Peter Mixalkonun və digər şəxsin imzasını, həmçinin möhürünü əldə edib.

Zərifə Abbasova ödəniş tapşırıqları ilə bağlı aylıq hesabatları saxtalaşdırıb və nümayəndəliyin Beynəlxalq bankdakı hesabından pul vəsaitlərini ələ keçirib.

2017-2022-ci illər ərzində o, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırıb, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək sözügedən təşkilata məxsus 983 min 254 manatı mənimsəyib.

İstintaq sənədlərinə görə, qeyd olunan pul vəsaitini Zərifə Abbasova müxtəlif vaxtlarda Beynəlxalq Bankın bankomatlarından çıxarmağa nail olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью