Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq. Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova APA-nın “Əsrin yaşıdı” layihəsində Layih
Xalq rəssamı Tahir Salahovun bacısıdır. 1993-cü ildən "Kitab" Cəmiyyəti İdarə Heyətinin, 2002-ci ildən Azərbaycan Qadınları Bakı Assosiasiya
Onun yaratdığı Miniatür Kitab Muzeyi 2002-ci ildən fəaliyyət göstərir. 2022-ci ildə "Şərəf" ordeni ilə təltif edilib.
Zərifə xanımdan müsahibə götürmək çoxdankı diləyim olsa da, hər dəfə “ya zəlzələdən, ya vəlvələdən” bir səbəblə vaxtını dəyişməyə məcbur qalmışdıq.
Bu dəfə isə telefonda danışar-danışmaz Zərifə xanım razılaşır.
Və biz az sonra vədələşdiyimiz kimi, İçərişəhərdə Qoşa qala qapılarının yaxınlığındakı kafelərdən birində görüşürük.
Onu görər-görməz cavabını təxmin etdiyim bir sual verirəm: - Zərifə xanım, xoş gördük. Necəsiniz? - Yavaş-yavaş, pendir lavaş.
İkimiz də gülürük. - Ötən dəfə bir jurnalistə də belə cavab vermişdiniz. Maraqlıdır, uşaqlıqda belə ifadələri çox işlədirdiniz?