Zerkalni nömrəli Deffender in sürücüsü əks yola çıxıb təhlükə yaratdı VİDEO

20.05.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakıda yol hərəkəti qaydasını pozan sürücü təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 22-də, paytaxtın İzzəddin Həsənoğlu küçəsində qeydə alınıb.

Belə ki, 10-HT-666 qeydiyyat nişanlı "Land Rover" markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. Bu zaman görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq ona təhlükə yaradıb. Sürücü Heydər Əliyev prospekti ilə kəsişməyə qədər əks yolla hərəkət edib, sonra isə avtomobillərin qarşısından sağa dönərək yoluna davam edib.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью