Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Səudiyyə Ərəbistanında ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” “India Today”ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Belə ki, Məkkədən Mədinəyə doğru hərəkət edən avtobus dizel yanacağı daşıyan yük maşını ilə toqquşub.
Avtobusda olan azı 42 hindistanlı zəvvar ölüb, bir neçə nəfər isə ağır xəsarət alıb.
Hadisə yerində xilasetmə işləri aparır və yaralılara tibbi yardım göstərilir.