Zeydi Ərəbistana səfərini ləğv etdi Gərginlik

29.07.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

İraqın Baş naziri Əli əz-Zeydi ABŞ və Səudiyyə Ərəbistanının hava hücumlarından sonra cümə axşamı günü üçün Səudiyyə Ərəbistanına nəzərdə tutulan rəsmi səfərini ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Zeydinin Ərəbistanın vəliəhd şahzadəsi ilə görüşü planlaşdırılırdı.

Qeyd edək ki, ABŞ və Səudiyyə Ərəbistanının birgə zərbəsi nəticəsində Həşdi-Şabi qruplaşmasının 20 silahlısının öldüyü, onlarla silahlının isə yaralandığı bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью