Zəylik Alunit yataqları üçün yeni sənaye planı

24.09.2026

Icma.az bildirir, Marja.az portalına istinadən.

Zəylik-Alunit yataqlarında alunitin sənaye məqsədilə istifadəsi və ondan alüminium oksidi və alüminium istehsalı imkanları araşdırılacaq

Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

Dövlət Proqramına əsasən, əvvəlcə geoloji və texnoloji tədqiqatlar aparılacaq, sonra texniki-iqtisadi əsaslandırma hazırlanacaq.

TİƏ nəticələrinə uyğun olaraq alunit əsaslı sənaye istehsalının qurulmasına dair təkliflərin hazırlanması nəzərdə tutulur.

Layihənin reallaşması texnoloji və iqtisadi qiymətləndirmələrin nəticəsindən asılı olacaq.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью