Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Bəzən jurnalistikaya dördüncü hakimiyyət də deyilir.
Bu, onun cəmiyyətə təsiretmə gücünün olmasından irəli gəlir. Çünki jurnalistika ictimai rəyin formalaşmasına təsir edir.
Cəmiyyət üçün fikir formalaşdırmaq, maarifləndirici məlumat yaymaq, o məlumatları geniş ictimaiyyətə təqdim etmək jurnalistikanın vəzifəsidir.
Bəzən peşəkarlıqdan uzaq, təsdiqlənməmiş məlumatı tez çatdırmaq bahasına jurnalistika peşəkarlıqdan uzaqlaşır.
Bunun qarşısını necə almaq olar? Jurnalistika peşəkarlıqdan uzaqlaşmadan, düzgün, təhlil edilərək cəmiyyətə necə çatdıra bilər?
Qaynarinfo bu və digər sualları tanınmış medai eksperti Zeynal Məmmədli ilə müzakirə edib. Müsahibəni təqdim edirik: - Jurnalist kimdir?
Onun cəmiyyət qarşısındakı vəzifəsi nədir? - Jurnalist sosial informasiya daşıyıcısıdır.
Çox təəssüf ki, sosial şəbəkələr çıxandan sonra media barəsində təsəvvürlər bir-birinə çox qarışıb.