Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim edib

13.11.2025

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elşən Nazim oğlu Həsənli bu gün Azərbaycan Prezidentinin köməkçisi, Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Mia.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib, ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

E.Həsənli ona göstərilən etimada görə minnətdarlıq edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью