Zeynəb Həsəni: “Özümüzü millətə güldürməyək”

09.06.2026

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zeynəb Həsəni geyimlərini efirdə olduğundan baha qiymətə tamaşaçılara təqdim edən həmkarlarını qınayıb.

Adalet.az bildirir ki, o, bunun yaxşı hal olmadığını deyib:

“Bilmirəm, bəzi müğənnilər niyə belə edirlər. Məsələn, bir pencək 200 Azn-dırsa, niyə onu 1 milyon deməliyəm? Axı insanlar geyindiyim geyimin qiymətindən xəbərləri olur. Düşünürəm ki, bu qədər şişirdilmiş qiymət demək nəyə lazımdır, kimə lazımdır? 
Hamı müğənninin qazancını da bilir, geyindiyi marklar da millətə bəllidir. Özümüzü millətə güldürməyək”.

Əntiqə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью