Zeynəb Rəhimova ermənistanlı boksçunu məğlub edib

10.03.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundailın ikinci günündə Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Zeynəb Rəhimova çıxıb.

54 kq çəkidə mübarizə aparan boksçumuz 1/16 final çərçivəsində Yekaterina Sıçeva (Ermənistan) ilə döyüşüb. Görüş Rəhimovanın inamlı qələbəsi ilə başa çatıb. O, ermənistanlı rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün Aynur Mikayılova (57 kq) da mübarizəyə qoşulacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью