Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tennis üzrə “Uimbldon” çempionatının üçüncü günündə Türkiyə təmsilçisi Zeynəb Sönməz qadınların şəxsi yarışında mübarizəni dayandırıb.
Bizim.Media xəbər verir ki, turnirin ikinci mərhələsində ABŞ tennisçisi Kler Liu ilə qarşılaşan Zeynəb Sönməz rəqibinə 0:2 (5:7, 3:6) hesabı ilə məğlub olub və yarışla vidalaşıb.
Görüş iki set davam edib.
Qeyd edək ki, Zeynəb Sönməz ilk mərhələdə ABŞ tennisçisi Enn Lini 2:1 (7:5, 1:6, 6:4) hesabı ilə məğlub edərək ikinci mərhələyə yüksəlmişdi.
Bizim.Media