Icma.az, Demokrat.az portalına istinadən məlumat verir. Azərbaycanın Xalq artisti, keçmiş deputat, 88 yaşlı məşhur müğənni Zeynəb Xanlarova
1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.
Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb.
Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb.
Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.Zeynəb Xanlarova həm də uzun illər Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Belə ki, o, 1985-ci ildən 2020-ci ilə kimi deputat mandatı gəzdirib.1996-cı ildə “Şöhrət” ordeni, 2006-cı ildə “İstiqlal” ordeni, 2016-cı ildə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
(Modern.az) Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.