Zeynəb Xanlarova ilə bağlı yayılan məlumat yalan ÇIXDI

24.09.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xalq artisti Zeynəb Xanlarovanın səhhəti ilə bağlı məlumat yayılıb.

Yayılan məlumatlarda sənətçinin əməliyyat olunduğu iddia edilib.

Redaktor.az xəbər verir ki, Zeynəb Xanlarova hazırda İstanbulda istirahət edir.

Mənbənin bildirdiyinə görə, Xalq artisti heç bir əməliyyat keçirməyib.

"Zeynəb xanım heç bir əməliyyat olunmayıb. Hər yay İstanbula istirahətə gəlir. Hazırda Bakıda "Formula-1"ə görə yollar bağlı olduğu üçün bu dəfə səfər müddətini bir qədər uzadıb. Əhvalı çox yaxşıdır və səhhəti ilə bağlı heç bir problemi yoxdur", - deyə mənbə bildirib (oxu.az).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью