Zeynəb Xanlarova konsert verəcək?

16.06.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər Xalq artisti Zeynəb Xanlarovanın məşq prosesindən görüntüləri tez-tez yayılır.

Axşam.az xəbər verir ki, Əməkdar artist Rəşad İlyasov Xanlarovanın konsert verməsi ilə bağlı sualları cavablandırıb. Müğənni "Qonaqcanlı" proqramında bildirib ki, Zeynəb Xanlarovaya bununla bağlı çox təkliflər gəlir:

"Tək Azərbaycan yox, xaricdən də təkliflər var. Onun ömrünün elə bir çağıdır ki, çox seçir. Məşqlərimizi edirik, Azərbaycan televiziyasında da lent yazılarımız var. Hər il Yeni ildə Zeynəb xanım AzTV-də çıxış edir". 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью