Zeynəb Xanlarova yeni ildə olacaq konserti üçün indidən məşqlərə başlayıb ÖZƏL

23.03.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Dünya şöhrətli sənətkar, xalq artisti Zeynəb Xanlarova yeni ildə baş tutacaq konserti üçün indidən məşqlərə başlayıb.

Bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti, qoşanağara ifaçısı Sadıq Zərbəliyev deyib:

“Zeynəb xanım məşqlərə başlayıb. Bilirsiniz ki, o ildə bir dəfə görünür və bu bir il bəs edir. Yeni mahnılarımız da var, zapisini edirik. Onları da yeni ildə siz tamaşaçılara təqdim edəcəyik. Zeynəb xanım həmişə deyir ki, “məni Sadıq həvəsə gətirir, gözümün qabağında olmayanda və qoşanağara ifa etməyəndə mən oxuya bilmirəm” deyə sənətkar bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью