Zeynəddin Hacıyevin məhkəməsi başlayır

30.04.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda terrorçuluqda təqsirləndirilən Zeynəddin Hacıyevin cinayət işi üzrə məhkəmə başlayır.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

İş hakim Hafiz Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 26-na təyin edilib.

Qeyd edək ki, Zeynəddin Hacıyev Cinayət Məcəlləsinin 214.2.6-cı (Terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddəsi ilə ittiham olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью