Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda, Dənizkənarı Milli Parkın ərazisində keçirilən Zeytun Festivalının son günündə konsert proqramı davam edir.
“Qafqazinfo” xəbər verir ki, hazırda səhnədə “Excellent band” çıxış edir. Musiqi qrupunun ifaları festival iştirakçılarını bir araya gətirib. Ziyarətçilər musiqinin ritminə qoşularaq toplu şəkildə rəqs edir, yağışlı havaya baxmayaraq, əyləncəyə davam edirlər.
Festival ərazisində yaranan bayram ab-havası şəhər sakinlərinin və paytaxtın qonaqlarının marağına səbəb olub. İştirakçılar həm konsert proqramını izləyir, həm də birlikdə rəqs edərək festivalın son günündən zövq alırlar.
Qeyd edək ki, Zeytun Festivalı bu gün başa çatır. Günün davamında səhnədə Azad Şabanov, Zamiq Hüseynov və Xalq artisti Aygün Kazımovanın çıxışları nəzərdə tutulub. Festival ərazisinə giriş və konsert proqramlarında iştirak ödənişsizdir.
Lamiyə Məmmədova
Fotolar: Pərvin Zeynal