Zeytun yarpağının möcüzəvi faydası ortaya çıxdı

10.01.2025

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cənubi Avstraliya Universitetinin alimləri zeytun yarpağı ekstraktının qan təzyiqini aşağı salmaq, qandakı yağların səviyyəsini tənzimləmək və xroniki xəstəliklərdən qorumağa kömək etdiyini aşkar ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə “Nutrition Review” jurnalında məqalə dərc olunub.

Məlumata görə, ekstraktın tərkibindəki oleuropein və digər antioksidantlar oksidləşdirici stressi azaldaraq ürək xəstəlikləri və xərçəng riskini azaldır. 12 tədqiqatın icmalına əsasən, ekstrakt xüsusilə hipertoniyadan əziyyət çəkənlər üçün effektiv olub. Bununla belə, alimlər optimal qəbul müddəti və dozaların daha dəqiq müəyyən edilməsi üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью