Zibil poliqonunda dəhşətli tapıntı: Prokurorluq araşdırır

20.08.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Gəncə şəhərinin Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü döl aşkar edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Yeni Sabah"a   daxil olan məlumata görə, faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Prokurorluq əməkdaşları hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirib, məhkəmə-tibbi ekspertizası təyin olunub. Hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər də icra edilib. Sezar pizza

Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью