Zibil qutusundan körpə tapıldı, vəziyyəti ağırdır

29.01.2025

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qırğızıstanda məktəblilər zibil qutusunda körpə aşkar ediblər, uşaq xəstəxanaya yerləşdirilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, yeniyetmələr zibil konteynerində yeni doğulmuş qız uşağı aşkar ediblər. Uşaqlar hadisə yerinə həkimləri və hüquq-mühafizə orqanlarını çağırıblar. Xəstəxanaya yerləşdirilən yeni doğulan qızcığaz son dərəcə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, uşağın nə qədər küçədə qaldığı məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, ananın şəxsiyyəti müəyyənləşdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью