Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Yunanıstanda zibillikdə 2000 illik heykəl tapılıb.
Axşam.az xəbər verir ki, 32 yaşlı yunan Saloniki şəhəri yaxınlığındakı zibillikdə antik heykəl aşkarladığı barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
Heykəl qara rəngdə plastik torbanın içində olub. Təxminən 80 sm hündürlüyündə olan heykəlin başı və qolu yoxdur.
Mütəxəssislər heykəlin Ellinizm dövrünə, eramızdan əvvəl 323-cü ilə aid olduğunu müəyyən ediblər.
Heykəlin o dövrün tanrıçalarından birinə məxsus ola biləcəyi bildirilsə də, qolların və başın olmaması dəqiq kimin təsvir edildiyini müəyyən etməyə imkan vermir.
Heykəli kimin ora atdığı isə araşdırılır. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.