Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Amerikalı məşhur kinorejissor, prodüser Kventin Tarantino Brüs Uillis ilə çəkilmiş son filmlərin tənqidindən qəzəblənib.
Son bir neçə həftə ərzində Tarantinonun söylədikləri böyük maraqla qarşılanıb.
Bu rejissor etiraf edib ki, bir rejissor kimi heç də son film remeyklərinin üstünlüyündən məmnun deyil, məhz elə buna görə də o, iki hissəli elmi-fantastik epopeya “Duna” və “Şoqun” seriallarına baxmayıb.
Lakin rejissor qeyd edib ki, “Joker 2”-ni lap çox bəyənib; xüsusilə də filmin rejissoru Todd Fillipsin hər kəsi – tamaşaçıları və komiks həvəskarlarını, hətta studiya rəhbərlərini necə ayağına gətirməsi.
Tarantino deyib ki, film çəkmək yeni gün, yeni gün isə vəhylərin yeni gələn hissəsi deməkdir.
Məhşur Hollivud rejissoru, ssenarist, həm də prodüser kimi tanınan, filmləri dünya şöhrəti qazanmış Kventin Tarantino Brüs Uillisin müdafiəsinə qalxmağı özünə borc bilib.
Tarantino aktyorun sonsuz qaranlıq filmlər axınına görə yerli-yersiz bu qədər tənqid olunmasından çox qəzəblənib.