Zibilliyə od vurarkən özü yanaraq ÖLDÜ

27.05.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Şəmkir sakini yanaraq ölüb.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Səməd Vurğun qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini, 1967-ci il təvəllüdlü Namiq Qurbanov yaşadığı ünvanda məişət tullantılarını yandıran zaman, ocağa benzin tökərkən ehtiyatsızlıqdan termiki yanıq xəsarətləri alıb.

Zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью