Zidan Avropa nəhəngində işləyə bilər

09.02.2026

Metbuat saytına istinadən Icma.az xəbər verir.

"Mançester Yunayted" klubu məşqçi vəzifəsi ilə bağlı səylərini davam etdirir.

Metbuat.az xəbər verir ki, Ruben Amorimdən sonra Maykl Kerrik komandanın sabitliyini bir qədər bərpa etmiş kimi görünsə də, Zinəddin Zidanın namizədliyi gündəmdən düşməyib. Zinəddin Zidan 2021-ci ildə "Real Madrid”dən ayrılandan sonra işləməyib. Zidan aparıcı Avropa klublarının çoxsaylı təkliflərini rədd edib. "Mançester Yunayted"in keçmiş futbolçusu Ues Braunun sözlərinə görə, "Mançester Yunayted" mövsümün sonunda Zinəddin Zidana təklif irəli sürməkdə maraqlı ola bilər.

Qeyd edək ki, Maykl Kerrikin köməkçi məşqçi postundan müvəqqəti baş məşqçi postuna təyin edilməsi azarkeşlər tərəfindən məmnuniyyətlə qarşılanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью