Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Zidan Bartezi də milliyə gətirdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Fransa millisinin keçmiş üzvü, əfsanəvi qapıçsı Fabyen Bartezin yeni iş yeri bəlli olub.
QOL.az "RMC Sport"a istinadən xəbər verir ki, o, Fransa millisinin baş məşqçisi Zinəddin Zidanın rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq. Bartez qapıçılar üzrə məşqçi vəzifəsini icra edəcək.
Z.Zidanın məşqçilər heyətinə həmçinin David Bettoni, Hamidu Msaidi, Qreqori Düpon, Stefan Plank, Farid Tabet və Kleman İber daxil olublar.
Qeyd edək ki, 55 yaşlı F.Bartez 1994-2006-cı illərdə Fransa millisində çıxış edib. Millidə dünya və Avropa çempionu olan keçmiş qapıçı "Marsel", "Mançester Yunayted", "Monako", "Tuluz"a və "Nant" klublarında oynayıb.