Zidan bunu yaşayan ilk fransalı oldu

14.11.2026

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Fransa milli komandası noyabrın 12-də Millətlər Liqasının səfər matçında İtaliyaya 1:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, bu fransızlar üçün baş məşqçi Zinəddin Zidanın rəhbərliyi altında ilk məğlubiyyət olub.

​Beləliklə, 54 yaşlı mütəxəssis həm oyunçu karyerası, həm də baş məşqçi vəzifəsi dövründə İtaliya seçməsinə məğlub olan ilk fransalı kimi tarixə düşüb.

​Zidanın milli komandanın heyətində son matçı 2006 il dünya çempionatının finalı olub. Həmin vaxt Fransa İtaliyaya uduzmuşdu. Oyunun əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə İtaliya daha güclü olub - 5:3.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью