Fanat saytına istinadən Icma.az xəbər verir.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Real Madrid"lə Çempionlar Liqası ərəfəsində "Kral klubu"nun sabiq çalışdırıcısı Zinəddin Zidan haqqında danışıb.
Fanat.Az xəbər verir ki, "beIN SPORTS" ispaniyalı məşqçinin əfsanəvi fransızla bağlı fikirlərini belə çatdırıb:
"Zidan çox yaxşı idi, çox. Böyük məşqçilərdən biridir. Onun oyunu, davranışı - əsl centlmen. "Real Madrid"in məşqçisi kimi üç Çempionlar Liqasında qələbəsi. Futbol Zinəddin kimi böyük şəxsiyyətlərə layiqdir".
Xatırladaq ki, "Mançester Siti" Çempionlar Liqasının 1/8 final mərhələsində "Real Madrid"lə qarşılaşacaq. Oyunlar 11 və 17 mart tarixlərində keçiriləcək.