Zidan Fransa yığmasına qayıdır razılıq əldə olunub

21.02.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa yığmasında baş məşqçi postunda dəyişiklik gözlənilir.

İdaman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.

İddiaya görı, artıq 53 yaşlı Zinəddin Zidan Fransa Futbol Federasiyası ilə şifahi razılıq əldə edib.

Bildirilir ki,"Real Madrid"in sabiq baş məşqçisi mundialdan dərhal sonra “üçrənglilər”ə rəhbərlik edəcək və bu postda Didye Deşamı əvəzləyəcək. Bununla da Zidan beşillik fasilədən sonra yenidən məşqçilik fəaliyyətinə qayıdacaq.

Qeyd edək ki, Deşam Fransa millisinin sükanı arxasına 2012-ci ilin yayında keçib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью